Ərdoğan və suriyalı həmkarı arasında telefon danışığı olub
Suriya Prezidenti Əhməd əl-Şara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Danışıq zamanı Suriyanın siyasi arenasında baş verən son hadisələr, regionda mövcud vəziyyət və sabitliyin gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Kübra Musayeva
07:59 09.01.2026
Oxunuş sayı: 1268