Tramp: ABŞ İrana qarşı “güclü zərbə” endirə bilər
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranda hakimiyyət nümayəndələri etirazçıların öldürülməsinə başlasa, Vaşinqton buna qarşı “güclü zərbə” endirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp vurğulayıb ki, ABŞ etirazların gedişatını yaxından izləyir.
Veriliş aparıcısının “nizam-intizamsızlıq zamanı artıq onlarla insan həlak olub” söyləməsinə cavab olaraq, Tramp bəzi ölüm hallarının izdihamın idarə olunmasındakı problemlər və sıxlıqla bağlı ola biləcəyini qeyd edib.
Fatimə Məmmədova
23:36 08.01.2026
Oxunuş sayı: 1533