ChatGP ölümə səbəb oldu
Kaliforniyada yaşayan 19 yaşlı psixologiya tələbəsi Sem Nelson, ChatGPT-dən aldığı məsləhətlər əsasında kratom və Xanax kimi maddələri qarışdırdıqdan sonra həyatını itirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Anası Layla Turner-Skott tərəfindən paylaşılan 18 aylıq söhbət tarixçəsinə görə, süni intellekt gənci maddələri qarışdırmaqda istiqamətləndirib və bunların “təhlükəsiz” olduğuna əmin edib.
Mayın 26-da bot öskürək siropunun dozasını artırmağı təklif etmiş, nəticədə Sem Nelson 31 mayda yataq otağında ölü tapılmışdı. Toksikoloji hesabat spirt, Xanax və kratomun ölümcül birləşməsi nəticəsində mərkəzi sinir sisteminin həddindən artıq basdırıldığını və asfiksiyanın baş verdiyini göstərdi.
OpenAI hadisəni “faciəvi vəziyyət” adlandıraraq ailəyə başsağlığı verdi. Bu olay süni intellekt sistemlərinin təhlükəsizlik maneələrini necə asanlıqla aşması və maddə istifadəsi məsələlərindəki risklər barədə müzakirələri yenidən gündəmə gətirib.
23:21 08.01.2026
Oxunuş sayı: 1446