Paşinyan: Silah alırıq, amma ondan istifadə etməməyi ümid edirik
Ökə silah və hərbi texnika alır, amma onlardan istifadə etməmək ümidi daşıyır.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə səfərdə olarkən bildirib.
Paşinyan MTX-nin güclü və xüsusi təyinatlı qüvvələrə malik olmasının vacib olduğunu vurğulayıb, lakin əsas məqsədin güc tətbiqindən yayınmaq olduğunu qeyd edib.
O, kəşfiyyat xidmətlərinin narkotik qaçaqmalçılığı ilə mübarizədə də effektiv rol oynadığını bildirib və onların problemlərin mərkəzlərini hədəf almalı olduğunu vurğulayıb. Sovet dövründən bəri MTX işçilərinin peşə günü 20 dekabrda qeyd olunurdu, lakin 2024-cü ildən bu tarix 8 yanvar olaraq dəyişdirilib.
22:55 08.01.2026
Oxunuş sayı: 1618