Tramp Venesuela ilə bağlı senatorların mövqeyini “rüsvayçılıq” adlandırdı
ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasından olan bir neçə senatorun Venesuela ilə bağlı demokratların təşəbbüsünü dəstəkləməsini sərt şəkildə tənqid edib. Prezident bu addımı öz partiyası üçün “rüsvayçılıq” kimi qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Söhbət Konqresin razılığı olmadan ABŞ prezidentinin Venesuelaya qarşı hərbi əməliyyatlar aparmasını qadağan etməyi nəzərdə tutan təşəbbüsdən gedir. Məlumata görə, Respublikaçılar Partiyasından olan 5 senator bu təşəbbüsə səs verib.
Donald Tramp bildirib ki, həmin senatorlar “bir daha heç vaxt seçilməməlidir”. Onun sözlərinə görə, Senatda bu gün qəbul edilən qətnamə ABŞ Konstitusiyasına ziddir, ölkənin milli təhlükəsizliyini zəiflədir və Ali Baş Komandan kimi prezidentin səlahiyyətlərinə xələl gətirir.
Prezident, eyni zamanda, Venesuela məsələsi ilə bağlı daha mühüm və həlledici səsvermənin gələn həftə Senatda keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, bu təşəbbüs ABŞ-da icraedici və qanunverici hakimiyyətlər arasında səlahiyyət bölgüsü ilə bağlı mübahisələri daha da kəskinləşdirib.
Sevinc Yarməmmədova
22:30 08.01.2026
Oxunuş sayı: 1340