Makron: ABŞ və Çin Avropadan üz çevirir
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ABŞ və Çin hazırda Avropaya qarşı fərqli, lakin eyni dərəcədə problemli mövqe nümayiş etdirir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ formalaşmış qlobal güc olaraq tədricən bəzi müttəfiqlərindən uzaqlaşır və yaxın keçmişdə özü təşviq etdiyi beynəlxalq qaydalardan geri çəkilir. Bu proses həm ticarət, həm də təhlükəsizlik sahələrində özünü göstərir.
Makron qeyd edib ki, yüksəliş mərhələsində olan Çin isə getdikcə daha aqressiv ticarət siyasəti aparır və hazırda Avropa iqtisadiyyatını zəiflədən addımlar atır.
Fransa Prezidenti vurğulayıb ki, bu şəraitdə Avropa daha müstəqil və güclü strategiya formalaşdırmalıdır.
Mehriban İbrahimli
20:56 08.01.2026
Oxunuş sayı: 1443