Tramp: ABŞ Venesuelaya illərlə nəzarət edə bilər
Vaşinqton Venesuelaya uzun müddət nəzarət edə və ölkənin neft gəlirlərini idarə edə bilər.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “New York Times” qəzetinə müsahibəsində deyib.
“New York Times” qəzetinə verdiyi təxminən iki saatlıq geniş müsahibə zamanı Tramp, Venesuelanın qonşusu Kolumbiyaya qarşı mümkün hərbi əməliyyatlarla bağlı əvvəlki sərt bəyanatlarından geri çəkildiyini də nümayiş etdirib.
Səriyyə Tağıyeva
19:30 08.01.2026
Oxunuş sayı: 1498