Ermənistan vitse-spikeri II Qareginin istefasını tələb edir
Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, II Qaregin bütün ermənilərin katolikosu olmaq istəmir və buna görə vəzifəsindən istefa verməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Rubinyan qeyd edib ki, keçən il nümayəndə heyəti ilə Gürcüstana səfər zamanı Axalkalakidəki Müqəddəs Xaç Erməni Kilsəsinin boş olduğunu aşkar ediblər. O, Gürcüstan Erməni Yeparxiyasının Primatının onları qarşılamadığını və digər keşişlərin orada olmamasını əmr etdiyini bildirib.
Vitse-spiker əlavə edib ki, II Qaregin Ktriç Nersisyanı qanunsuz olaraq Ali Ruhani Şuranın üzvü təyin edib ki, bu da onun bütün ermənilərin katolikosu olmaq istəmədiyini göstərir. Rubinyan vurğulayıb ki, bu səbəbdən II Qaregin vəzifəsindən imtina etməlidir.
17:20 07.01.2026
Oxunuş sayı: 1522