Ukrayna XİN: Rusiya qışın ortasında insanları qəsdən işıqsız və susuz qoyur
"Rusiya Ukraynanın mülki enerji infrastrukturuna hücum etməyə davam edir və qışın ortasında insanları qəsdən elektrik işıqsız və susuz qoyur. Son günlərdə Dnepr və Zaporojye bölgələrinə edilən hücumlar bir çox yaşayış məntəqəsinin elektrik enerjisini kəsib".
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
"Zaporojye bölgəsində elektrik enerjisi artıq bərpa olunub, Dnepr bölgəsində isə təmir işləri davam edir. Təmir briqadaları və təcili yardım xidmətləri gecə-gündüz işləyir. Bu hücumların heç bir hərbi məqsədi yoxdur. Onlar mülki şəxslərə qarşı qəsdən edilən hücumlardır və açıq beynəlxalq reaksiya ilə qarşılanmalıdır. Diplomatik müzakirələr hava hücumundan müdafiə təchizatının və ya həyatları qoruyan digər dəstəyin ləngidilməsinə haqq qazandıra bilməz", - paylaşımda bildirilib.

17:54 08.01.2026
Oxunuş sayı: 1619