İlham Əliyev: Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır
Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulun təqribən 6 %-dən bir qədər çoxdur: "Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır".
12:52 08.01.2026
Oxunuş sayı: 1575