Azərbaycan Yüksək Liqası: "Turan" "Azərreyl"i, UNEC isə "DH Volley"i məğlub edib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Azərreyl" kollektivi ilə qarşılaşan "Turan" 3:0 hesablı qələbə qazanıb. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçirilib.
UNEC komandası isə "DH Volley"i 3:2 hesabı ilə üstələyib. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşıb.
20:24 08.01.2026
Oxunuş sayı: 1305