Daşkəsəndə yük avtomobili aşdı, xəsarət alan var
Daşkəsəndə qəza olub.
Crossmedia.az-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəktədə olan yük avtomobili idarəetmədən çıxıb. Nəticədə yük avtomobili yolun kənarına aşıb, sürücü 1967-ci il təvəllüdlü M.İbayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
17:35 08.01.2026
Oxunuş sayı: 1195