Xamenei: İranda qanuni etirazlara qulaq asmaq lazımdır
İranın Ali rəhbəri Ayətullah Əli Xamenei ölkədə baş verən qanuni etirazların nəzərə alınmalı olduğunu bildirib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Onun sözlərinə görə, prezident və hökumət mövcud problemlərin olduğunu qəbul edir və onların həlli yollarını axtarır. Xamenei vurğulayıb ki, cəmiyyətdə yaranan narahatlıqlar diqqətdən kənarda qalmamalıdır.
Günel Verdiyeva
17:28 03.01.2026
Oxunuş sayı: 4343