ABŞ Karakasdakı partlayışlarla bağlı şərh verməkdən imtina edib
ABŞ ordusunun nümayəndəsi Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlara ABŞ-nin mümkün əlaqəsi ilə bağlı açıqlama verməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri bildiriblər ki, Karakas üzərində qeydə alınan partlayışlar və təyyarə uçuşları ilə bağlı yayılan məlumatlardan xəbərdardırlar. Rəsmi Vaşinqton hadisə ilə bağlı əlavə detallar təqdim etməyib.
Nigar Yahyazadə
11:46 03.01.2026
Oxunuş sayı: 2952