Vuçiçdən etirazlara cavab: 2026-da erkən seçkilər olacaq
Serbiyada son aylarda davam edən kütləvi etirazlar fonunda ölkə rəhbərliyi mühüm siyasi qərar açıqlayıb. Prezident Aleksandar Vuçiç hakimiyyətin vəziyyəti siyasi müstəvidə həll etmək üçün növbədənkənar parlament seçkilərinə gedəcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç etirazçıların tələblərini nəzərə alaraq 2026-cı ildə erkən parlament seçkilərinin keçiriləcəyini təsdiqləyib.
Belqradda parlament binası qarşısında toplaşan insanlara müraciət edən Vuçiç bildirib ki, hökumət etirazçıların əsas tələblərindən birini qəbul edib: “Biz onların əsas tələbini qəbul etdik – gələn il erkən seçkilər təşkil olunacaq.”
Prezidentin sözlərinə görə, növbədənkənar seçkilər nümayişlərə siyasi cavab olacaq. Bununla belə, o vurğulayıb ki, müxalif qüvvələr nəticələrdən məmnun qalmayacaq: “Səslər sayılarkən o qədər də sevinməyəcəklər. Biz Serbiya üzrə hər bir seçki dairəsində onları məğlub edəcəyik”.
Zeynəb Xuduyeva
19:03 29.12.2025
Oxunuş sayı: 4067