İranda etirazlar baş verib
İranda inflyasiyanın artması və əsas ərzaq məhsullarının bahalaşması fonunda etiraz aksiyaları keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif şəhərlərdə keçirilən aksiyalarda vətəndaşlar gündəlik tələbat mallarının qiymətlərinin sürətlə yüksəlməsinə etiraz ediblər.
Məlumata görə, etirazçılar sosial-iqtisadi vəziyyətin ağırlaşdığını bildirərək hökumətdən qiymət artımlarının qarşısının alınmasını və əhalinin rifahının yaxşılaşdırılması üçün tədbirlər görülməsini tələb ediblər.
Türkan Kərimli
14:00 29.12.2025
Oxunuş sayı: 3241