Sabah yollarda görmə məsafəsi zəifləyəcək
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
16:45 28.12.2025
Oxunuş sayı: 1113