“Trump” sinfi kimi təqdim olunan döyüş gəmilərinin inşası gecikdirilib
ABŞ Hərbi Dəniz Qüvvələrində “Trump” sinfi kimi yayılan yeni döyüş gəmiləri ilə bağlı layihənin icrası 2030-cu illərin əvvəlinə təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, rəsmi olaraq hələ ayrıca sinif adı almamış, perspektiv döyüş gəmiləri proqramı çərçivəsində nəzərdə tutulan layihədən gedir.
Gecikmənin əsas səbəbləri ABŞ müdafiə büdcəsində prioritetlərin dəyişməsi, mövcud gəmiqayırma zavodlarının yüklənməsi və yeni texnologiyaların layihəyə uyğunlaşdırılması ilə bağlı proseslərin uzanmasıdır. Xüsusilə silah sistemləri və elektron avadanlıqlar üzrə texniki tələblərin yekunlaşmaması inşa qrafikinə təsir göstərib.
Pərvin Hacıyeva
11:03 24.12.2025
Oxunuş sayı: 5231