Emin Mahmudov: "Lixtenşteyn oyunu öncəsi məsuliyyət var"
Lixtenşteyn oyunu öncəsi məsuliyyət var.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov mətbuat konfransında deyib.
O, Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri oyun barədə danışıb:
"Sabah bizim üçün vacib oyun olacaq. Görüşə ciddi hazırlaşmışıq. Baş məşqçinin tapşırıqlarını da düzgün yerinə yetirməklə qələbə qazanmaq istəyirik. Bu matç öncəsi məsuliyyət var".
Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
19:24 30.09.2026
Oxunuş sayı: 34