Makron Rusiya qazının əhəmiyyətini etiraf edib
Fransa Prezidenti Emmanuel Makronun Rusiya qazının Avropa sənayesi üçün əhəmiyyətini vurğulaması ölkənin strateji kursunun dəyişməsi deyil, seçicilərin rəğbətini qazanmağa yönəlmiş praqmatik addım kimi qiymətləndirilib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiya Dövlət Dumasının deputatı Aleksandr Asafov bildirib ki, Makronun siyasi fəaliyyətinin sonuna yaxın belə açıqlamalar onun dəstəklədiyi siyasi qüvvəyə əlavə rəğbət qazandırmaq məqsədi daşıya bilər.
Daha əvvəl Makron Rusiya qazının Avropa sənayesinin rəqabət qabiliyyətinin əsasını təşkil etdiyini etiraf edib.
Asafovun sözlərinə görə, Makronun açıqlaması Rusiyadan enerji daşıyıcılarının idxalının bərpasına gətirib çıxarmayacaq. Onun fikrincə, bu açıqlama Fransadakı iqtisadi, yanacaq və digər problemlərlə bağlı sosial gərginliyin müəyyən qədər azalmasına təsir göstərə bilər.
Deputat hesab edir ki, Makronun sözlərini Fransanın strateji kursunun dəyişməsi və ya Rusiya ilə əvvəlki enerji əlaqələrinə qayıdış kimi qiymətləndirmək olmaz.
19:40 30.09.2026
Oxunuş sayı: 38