MKE-nin Azərbaycandakı filialı fəaliyyətə başlayıb
Türkiyənin Müdafiə Nazirliyi ənənəvi həftəlik mətbuat brifinqində qurumun fəaliyyəti və gündəmdə olan məsələlərlə bağlı son məlumatları açıqlayıb.
Crossmedia.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Brifinqdə bildirilib ki, Quru Qoşunlarının Komandanlığı bir sıra yeni sistemlərin qəbulu prosesini tamamlayaraq onları inventara daxil edib. Həftə ərzində Makine ve Kimya Endüstrisi A.Ş. (MKE) tərəfindən müxtəlif növ silah və sursatların təhvil-təslimi də yekunlaşıb.
Nazirlik vurğulayıb ki, Türkiyə ilə dost və qardaş Azərbaycan arasında strateji əməkdaşlığın vacib göstəricilərindən biri MKE-nin Azərbaycandakı filialının — Makine ve Kimya Azerbaijan (MKA) fəaliyyətə başlamasıdır. Bu qurum MKE şirkətinin ilk xarici strukturudur.
Qeyd edək ki, Dövlət Vergi Xidməti oktyabr ayında “Makine ve Kimya Azerbaijan” MMC-ni rəsmi olaraq qeydiyyata alıb.
Günel Verdiyeva
18:41 12.12.2025
Oxunuş sayı: 960