Gənclər və İdman

"Sabah"ın yeni baş məşqçisi bəlli oldu

“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.

Crossmedia.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Rusiyalı mütəxəssis Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

 

13:43 25.11.2024

Oxunuş sayı: 5552

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR