Gənclər və İdman

Azərbaycan taekvondoçuları beynəlxalq turnirin ilk günündə iki medal qazanıblar

Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə “Bosnia Open” beynəlxalq turnirinə start verilib.

Crossmedia.az Azərbaycan Taekvondo Federasiyasına istinadən məlumat verir ki, yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Millinin üzvlərindən Vasif Səlimov (68 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. 78 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Əliyev isə bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün yarışda böyük yaşlı idmançılar mübarizəyə qoşulacaqlar.

07:17 25.11.2024

Oxunuş sayı: 5879

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR