Əlbir direktorların hər ikisi işdən çıxarılıb
Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində olan Sabirabad rayonu Ə.Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində monitorinq aparıb.
Crossmedia.az-ın məlumatına görə, monitorinq zamanı məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində bir sıra nöqsanlar aşkar edilib. Bu səbəbdən direktorun işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb.
Bundan əvvəl V.Həsənov adına Muğangəncəli kənd tam orta məktəbinin direktoru Afiq Quliyevin də işdən çıxarıldığını yazmışdıq.
Məlum olub ki, B.Qasımov və A.Quliyev ailə üzvlərini bir-birlərinin direktoru olduğu məktəblərdə işə qəbul ediblər. Lakin onlar öz kəndlərindəki məktəblərdə işləyiblər.
Onların işə götürdüyü ailə üzvləri də işdən çıxarılıb. Direktorların yerinə isə hələlik təyinat olmayıb. Onların vəzifələrini müvəqqəti olaraq müavinləri icra edir.
12:34 26.11.2025
Oxunuş sayı: 854