Xırdalanda yanan mənzil söndürülüb - YENİLƏNİB
Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyindən verilib.
13:07
Xırdalanda ev yanır.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
13:22 25.11.2025
Oxunuş sayı: 1404