Yeni icra başçısı köməkçisini vəzifəsindən azad etdi
Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.
Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən azad edilib.
Xatırladaq ki, noyabr ayının 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.
10:36 25.11.2025
Oxunuş sayı: 1377