Zelenskinin Vaşinqton səfəri sual altındadır
Ukrayna prezidenti Zelenskinin ətrafındakı şəxslər onu Vaşinqtona səfər etməkdən çəkindirirlər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onlar ABŞ-nin prezidenti Trampla yenidən mübahisə yaşanacağından və bunun ABŞ-ın təqdim etdiyi sülh planı üzrə danışıqların gedişinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.
Bu həftə Trampın Zelenskini Vaşinqtonda qəbul edib-etməyəcəyi müzakirə olunub. Lakin Zelenskinin yaxın ətrafı ona Kiyevdə qalmağı tövsiyə edib ki, növbəti mübahisə riskindən qaçsın və həftəsonu əldə olunmuş irəliləyişi pozmasın.
Pərvin Hacıyeva
22:15 24.11.2025
Oxunuş sayı: 1580