Ramiz Mehdiyev dövlətin təyin etdiyi vəkili qəbul etmədi
Vətənə xəyanətdə ittiham olunaraq ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.
Crossmedia.az bu barədə “Qafqazinfo”-ya istinadən xəbər verir.
Ramiz Mehdiyev müdafiəsinin yalnız onun şəxsən seçdiyi vəkillər tərəfindən həyata keçirilməsini istəyir. Məhz buna görə o, dövlət tərəfindən təyin olunmuş vəkil Zaur Abiyevin xidmətindən imtina edib.
21:58 24.11.2025
Oxunuş sayı: 2347