"Araz-Naxçıvan" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında böyük hesabla uduzub
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçına çıxıb.
Crossmedia.az xəbər verir ki, evdə "Benfika"nı qəbul edən Azərbaycan çempionu böyük hesabla uduzub - 0:9.
Görüş Bakı İdman Sarayında keçirilib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu dekabrın 5-də Portuqaliyada keçiriləcək. Cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.
22:34 24.11.2025
Oxunuş sayı: 1774