Ukraynanın həzin sonu?: Əərazisi onun iradəsinə zidd bir şəkildə parçalanır
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfindən Rusiya-Ukrayna münaqişəsinin həlli üçün təqdim olunan sülh planına dair mövqeyini açıqlayıb. Prezidentin bildirdiyinə görə, Cenevrədə davam edən danışıqlar zamanı ABŞ-nin təklif etdiyi plan Ukraynanın milli maraqlarını nəzərə alan elementlər təqdim edə bilər. Zelenski, həmçinin vurğulayıb ki, əsas məqsəd — müharibəyə və qan tökülməsinə son qoymaq — üçün bu elementlərin effektivliyini artırmaq istiqamətində səylər davam etdirilir. Bu kontekst münaqişənin diplomatik həlli və beynəlxalq təşəbbüslərin rolu mövzusunda geniş müzakirələr üçün əsas yaradır.
Hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin ehtimal olunan mətni ilə tanışdır: "Hazırda sazişin bu maddələr üzrə razılaşdırılması təbii ki, Ukraynanın dövlət və milli maraqlarına ziddir. Əgər Ukrayna rəhbərliyi şərtləri qəbul edərsə, yerli ictimaiyyət etiraz edəcək. 28 bənddən ibarət bu sülh sazişinin layihəsində Ukraynanın həm ərazi bütövlüyü, həm müstəqilliyi, həm də suverenliyi şübhə altına alınır. Ukrayna ərazisi onun iradəsinə zidd bir şəkildə parçalanır. Böyük bir ərazilər Rusiyaya güzəştə gedilir və bütün bunlar bir daha göstərir ki, digər ölkələrin maraqlarında müharibə aparmaq, özü də Rusiya kimi dəfələrlə işğala imza atan ölkəyə qarşı, çox təhlükəli bir tendensiya idi".

Ekspert əlavə edib ki, Ukrayna faktiki olaraq döyüş meydanında onu bu müharibəyə sürükləyənlər tərəfindən tərk edilib: “Verilən sözlərdən heç biri tam sonuna qədər tutulmayıb. Bir nəfər də olsun Ukraynanı müharibəyə sürükləyən ölkənin əsgəri bu müharibədə həlak olmayıb, amma Ukrayna əraziləri darmadağın edilib. Ukrayna 100 minlərlə insan itkisi ilə qarşılaşıb. İndi isə bu Rusiya işğalı digər qərb ölkələri vasitəsilə leqallaşdırılır".
Mehriban Yariyeva
23:13 24.11.2025
Oxunuş sayı: 1297