Bakıda binada yanğın söndürülüb - YENİLƏNİB
Bakıda çoxmərtəbəli binada baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
16:51
Bakının Nəsimi rayonun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın başlayıb.
Bu barədə Crossmedia.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

17:15 24.11.2025
Oxunuş sayı: 2511