“Azəraqrar”ın direktoru vəzifəsindən azad edilib
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nın direktoru Fəda Abbasov vəzifəsindən azad edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
Fəda Abbasov işdən çıxmaq haqqında özü ərizə ilə müraciət edib.

16:29 24.11.2025
Oxunuş sayı: 1822