Yasamalda yanğında xəsarət alanlardan 4-ü başqa xəstəxanaya köçürülüb
Noyabrın 21-i Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən 4-ü könüllü olaraq özəl tibb müəssisəsinə yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 1-i isə Yeni Klinikaya hospitalizasiya olunub. (Apa)
10:25 24.11.2025
Oxunuş sayı: 3105