Mətbuat prospekti–Şəhriyar küçəsi kəsişməsində hərəkət yeni svetoforlarla tənzimlənəcək
Paytaxtın Yasamal rayonunda, Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində nəqliyyatın daha rahat idarə olunması və piyadaların təhlükəsizliyinin artırılması məqsədilə yeni svetoforlar quraşdırılıb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ərazidə 6 ədəd “L” və “A” tipli dirəkdən istifadə olunmaqla ümumilikdə 13 nəqliyyat və piyada svetoforu quraşdırılıb və istifadəyə verilib.
Yeni tənzimləyicilər sayəsində Məhəmməd Hüseyn Şəhriyar küçəsindən Mətbuat prospektinə çıxış artıq svetofor vasitəsilə idarə olunur.
“Piyadalar isə qarşı tərəfə keçidi piyada svetoforunun yaşıl işığı zamanı daha təhlükəsiz şəkildə həyata keçirə bilirlər”, – məlumatda qeyd olunub.
09:25 24.11.2025
Oxunuş sayı: 1490