Zelenski: Ukrayna tarixinin ən çətin anlarından keçir
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə xalqına müraciət edərək bildirib ki, Ukrayna hazırda tarixinin ən ağır dövrlərindən birini yaşayır və çox çətin seçim qarşısında qala bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə, ölkə ya ləyaqətini itirmək riski ilə, ya da əsas tərəfdaşını itirmək təhlükəsi ilə üz-üzə qala bilər. O, Ukraynanın “çətin 28 bənd” və ya qarşıda gözlənilən son dərəcə ağır qış arasında seçim etməyə məcbur ola biləcəyini vurğulayıb.
Zelenski qeyd edib ki, Ukraynaya qarşı təzyiq son günlər ən yüksək səviyyəyə çatıb və tərəfdaşlar Kiyevdən cavab gözləyirlər. “Bu cavabı mən artıq 2019-cu ildə – ölkənin suverenliyi və müstəqilliyini müdafiə etməyə söz verəndə vermişəm", – deyə o bildirib.
Prezident həmçinin ölkənin uzunmüddətli müqavimətini vurğulayaraq bildirib ki, “biz poladdanıq, amma ən möhkəm metal belə sonda qırıla bilər”. O, həm vətəndaşları, həm də siyasətçiləri birliyə çağıraraq münaqişənin dayandırılması üçün səylərin artırılmasının vacibliyini qeyd edib.
Zelenski deyib ki, Ukrayna 24 fevralda olduğu kimi bu gün də ölkəyə xəyanət etməyəcək və xalqın onunla birlikdə olduğuna əmindir. Onun sözlərinə görə, qarşıdakı həftə ölkə üçün son dərəcə çətin və gərgin olacaq, çünki Ukrayna böyük təzyiqlərlə üzləşəcək.
Dövlət başçısı bildirib ki, Ukrayna Amerika Birləşmiş Ştatları və digər tərəfdaşlarla sakit şəkildə işləməyə davam edəcək, alternativlər təklif edəcək və heç bir halda düşmənə Ukraynanın sülh istəmədiyini deməyə əsas verməyəcək.
O əlavə edib ki, cəbhə xəttinin bir neçə min kilometr boyunca qeyri-sabit vəziyyətdə qaldığını və hər gecə minlərlə insanın atəş altında yaşadığını vurğulayıb. Zelenskinin sözlərinə görə, ukraynalılar müharibənin nəhayət bitməsini çox arzulayırlar.
19:51 21.11.2025
Oxunuş sayı: 1453