"Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib
"Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası , Gənclər və İdman Nazirliyi və Şirvan şəhər Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan çox şahmatçı iştirak edir.
Yarışın açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək şahmatçılara uğurlar arzulayıb.
Festivalda şahmatçılar A və B qruplarında mübarizə aparır. Hər iki qrupda yarışlar İsveçirə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur. Festivalın ümumi mükafat fondu 22650 AZN təşkil edir. A qrupunun qalibi 5100 AZN , B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 AZN qazanacaq.
Festival çərçivəsində həmçinin rapid və blits keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca 8-ci və bu il üçün sonuncu festivalıdır. Festivala 26 noyabrda yekun vurulacaq.
19:17 21.11.2025
Oxunuş sayı: 1654