Pakistanda kimya zavodunda baş verən partlayış 18 nəfərin həyatına son qoyub
Pakistanın Pəncab əyalətində yerləşən yapışqan fabrikində baş verən güclü partlayış nəticəsində ən azı 18 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış zavodda qaz sızması nəticəsində baş verib. Hadisə zamanı zavod binası tamamilə dağılıb, yaxınlıqdakı bir neçə evə ciddi ziyan dəyib və böyük yanğın qeydə alınıb.
Associated Press yazır ki, partlayışdan dərhal sonra ərazidə çaxnaşma yaradıb və fövqəladə xidmətlər hadisə yerinə cəlb olunub. Polis fabrik direktorunun artıq həbs olunduğunu, zavod sahibinin isə qaçdığı üçün axtarıldığını bildirib.
Məlumata görə, ölənlərin neçəsinin zavod işçisi, neçəsinin isə yaxınlıqda yaşayan sakin olduğu hələlik müəyyən edilməyib. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
19:50 21.11.2025
Oxunuş sayı: 1759