Dubayda qəzaya uğrayan qırıcının pilotu həlak olub
Dubay Aviasiya Sərgisində nümayiş uçuşu zamanı Hindistana məxsus “HAL Tejas” qırıcısı qəzaya uğrayıb. Hadisə barədə məlumatı “Sky News” yayıb.
Crossmedia.az xəbər verir ki, qırıcı saat 14:10-da Əl-Məktum Beynəlxalq Hava Limanı yaxınlığında idarəetməni itirərək yerə çırpılıb. Qəza nəticəsində təyyarənin pilotu həlak olub.
Hadisə aviasiya ictimaiyyətində şok effekti yaradıb. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığı bildirilib.
18:31 21.11.2025
Oxunuş sayı: 1372