Azərbaycanın ədliyyə sistemində apardığı islahatlar artıq təcrübə olaraq öyrənilir - Müsahibə
Noyabrın 20-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ədliyyə nazirlərinin növbəti görüşünün keçirilməsi türk dünyasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli bir mərhələ olaraq dəyərləndirilə bilər. Bu toplantı həm qardaş ölkələr arasında strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edir, həm də regionda ədliyyə və hüquq sahəsində müasir çağırışlara birgə cavab verilməsi baxımından xüsusi aktuallıq kəsb edir.
Görüş iştirakçılarının Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət etməsi, Azərbaycanın dövlətçilik tarixinə, müstəqilliyinə və şəhidlərimizin ruhuna ehtiramın bariz göstəricisi olmaqla yanaşı, TDT çərçivəsində birliyi, həmrəyliyi və ortaq dəyərləri daha da gücləndirən mənəvi bir addım kimi diqqət çəkir.
Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə keçirilən iclas, Astana Bəyannaməsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə görülmüş işlərin dəyərləndirilməsi, rəqəmsal transformasiya sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, üzv dövlətlər arasında hüquqi əməkdaşlığın yeni mərhələyə daşınması kimi mühüm məsələləri gündəmə gətirdi. TDT məkanında vahid yanaşmaların formalaşdırılması, elektron ədliyyə sistemlərinin təkmilləşdirilməsi və innovativ həllərin tətbiqi kimi təşəbbüslər toplantının əsas istiqamətləri kimi önə çıxdı.
Eyni zamanda, mülki işlər üzrə hüquqi yardım haqqında çoxtərəfli Saziş layihəsi və Məhkəmə Ekspertizasının Mərkəzləşmiş Şəbəkəsinin yaradılması üzrə aparılan işlərin müzakirəsi, gələcək əməkdaşlıq üçün yeni hüquqi platformaların formalaşmasına imkan yaradır. Nazirlərin 3-cü iclasının 2026-cı ildə Türkiyədə keçirilməsi barədə razılıq isə prosesin davamlı xarakter daşıdığının təzahürüdür.
Bu əlamətdar toplantı təkcə hüquqi əlaqələrin gücləndirilməsinə deyil, türk dövlətləri arasında qarşılıqlı etimadın, qardaşlığın və strateji əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verir. Qonaqların Azərbaycanın səmimi qonaqpərvərliyinə və yüksək səviyyədə təşkil olunmuş tədbirə verdiyi müsbət qiymət də bu əməkdaşlığın gələcək inkişafına inamı daha da artırır.
Məsələ ilə bağlı hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-a müsahibə verib:

- Azərbaycan ədliyyə sisteminin türk dövlətlərinə təqdim etdiyi əsas təcrübələr hansılardır?
- Azərbaycan son illərdə ədliyyat və məhkəmə sahəsində həyata keçirdiyi rəqəmsal modernizasiya siyasəti ilə türk dövlətləri üçün nümunəvi model təqdim edir. Xüsusilə elektron məhkəmə sisteminin qurulması və idarəedilməsi baxımından Azərbaycan regional lider kimi tanınır. İlk növbədə qeyd etmək olar ki, ölkəmizdə tətbiq olunan Elektron Məhkəmə İnformasiya Sistemi regionda ən çevik funksional və istifadəçi yönümlü modellərdən biri hesab olunur Bu sistem çərçivəsində mobil tətbiqlər vasitəsilə elektron müraciətlərin qəbulu işin mərhələlərinin real vaxt rejimində izlənməsi rəqəmsal bildiriş mexanizmləri məhkəmə yüklənməsinin avtomatik təhlili və şəffaflıq indikatorlarının monitorinqi həyata keçirilir Bu funksiyalar Azərbaycan modelini Türkiyə Qazaxıstan və digər türk dövlətləri üçün cəlbedici təcrübəyə çevirir
- Elektron məhkəmə ilə yanaşı hansı idarəçilik modelləri türkdilli ölkələr üçün nümunə ola bilər?
- İkinci əsas istiqamət Ədliyyə Nazirliyinin Xidmət və Layihələrin İdarə Edilməsi Modelidir. Bu çərçivədə notariat xidmətlərinin rəqəmsallaşdırılması maddi notariat əməliyyatlarının elektron əsasda göstərilməsi mediasiya və alternativ mübahisə həlli xidmətlərinin müasir texnologiyalar üzərində qurulması vacib təcrübə kimi qəbul olunur Azərbaycanın xidmət idarəçiliyi modeli bir çox ölkələr tərəfindən öyrənilir və tətbiq üçün nəzərdən keçirilir
- Vətəndaş məmnunluğu və hüquqi təminatlar baxımından hansı yeniliklər həyata keçirilib?
- Aparılan islahatların mühüm hissəsi vətəndaşların hüquqi təminatlarının genişləndirilməsi və sənədlərin qarşılıqlı tanınması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır Buraya məhkəmə qərarlarının tanınması və icrası üzrə prosedurların sadələşdirilməsi transmilli hüquqi əməkdaşlığın yenilənməsi və vətəndaş müraciətlərinin elektron əsasda qəbulu daxildir
- Penitensiar sistemdə hansı yeniliklər tətbiq olunur?
- Penitensiar sahədə də genişmiqyaslı islahatlar aparılır Məqsəd tam şəffaf və hesabatlı idarəetmənin yaradılması və korrupsiya risklərinin minimuma endirilməsidir Bu istiqamətdə infrastrukturun yenilənməsi işə qəbul prosesində açıq və şəffaf mexanizmlərin tətbiqi qaynar xətlər və əks əlaqə sistemlərinin qurulması mühüm rol oynayır. Həmçinin məhkumların ailələri ilə əlaqələrinin yaxşılaşdırılması üçün onlayn görüş imkanları yaradılıb. Bu imkanlardan həm ölkə daxilində yaşayanlar həm də xarici ölkə vətəndaşları yararlana bilir Bu da humanist idarəçilik modelinin mühüm elementidir.
Elmir Heydərli
19:42 21.11.2025
Oxunuş sayı: 2152