İslam Respublikasının öldürülmüş rəhbəri Seyid Əli Xameneyinin dəfn mərasimi Tehrandan başlayacaq. Sonra Quma köçürüləcək və 3-cü gün Məşhəddə daha bir günlük mərasimdən sonra torpağa tapşırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Xorasan-e-Rəzəvi əyalətinin valisinin təhlükəsizlik və polis məsələləri üzrə müavini açıqlama verib.
Məlumata görə, Xameneyinin cənazəsi İmam Rzanın hərəmində dəfn olunacaq.
Qeyd edək ki, İranın ikinci ali rəhbəri Əli Xameneyi 2026-cı il fevralın 28-də ABŞ və İsrailin ilk hava hücumları dalğasında ailə üzvləri və hökumətin bir sıra yüksək rütbəli siyasi və hərbi rəsmiləri ilə birlikdə öldürülüb.