İranla bağlı gərginlik fonunda Tramp və Netanyahu danışıb
ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Məlumata görə, telefon danışığı İranla bağlı gərginliyin artdığı bir vaxtda baş tutub.
Danışığın məzmunu barədə ətraflı məlumat verilməsə də, tərəflərin regional təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki son vəziyyəti müzakirə etdiyi ehtimal olunur.
21:07 08.06.2026
Oxunuş sayı: 47