Brayza: Aİ missiyası Ermənistanda siyasi addımdır
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Bez Tormozov” kanalına verdiyi eksklüziv müsahibədə bildirib ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası təhlükəsizlik məqsədi daşımır və tamamilə siyasi xarakter daşıyan addımdır.
Bu barədə Crossmedia.az "Bez Tormozov" kanalına istinadən xəbər verir.
Brayzanın sözlərinə görə, Azərbaycan heç vaxt Ermənistana hücum etməyi planlaşdırmayıb və bu istiqamətdə hər hansı niyyət mövcud olmayıb.
Keçmiş səfir həmçinin qeyd edib ki, Azərbaycan öz ərazilərini beynəlxalq hüquqa tam uyğun şəkildə azad edib və bu proses prinsipial əhəmiyyət daşıyıb.
Mehriban İbrahimli
19:20 21.11.2025
Oxunuş sayı: 2020