Zelenski müttəfiqləri ilə sülh planını müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, o, Fransanın Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Almaniyanın lideri Friedrich Merz ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, Zelenski müttəfiqlərə Ukraynaya və onun vətəndaşlarına göstərdikləri prinsipial dəstəyə görə təşəkkürünü bildirib. Görüşdə tərəflər Ukrayna və bütün Avropa üçün sülhün təmin olunması planını müzakirə ediblər.
Ukrayna dövlət başçısı qeyd edib ki, Kiyev ABŞ-ə, Prezident Donald Tramp və onun komandası tərəfindən müharibənin sona çatdırılması istiqamətində görülən səylərə yüksək qiymət verir. Ukrayna hazırda amerika tərəfindən hazırlanmış sənəd üzərində işləyir ki, bu sənəd "real və layiqli sülh" təmin etməlidir.
Liderlər gələcək addımlar barədə razılığa gəlib və müvafiq səviyyələrdə komandaların birgə işini davam etdirəcəklərini təsdiqləyiblər.
Nigar Yahyazadə
18:51 21.11.2025
Oxunuş sayı: 1742