BMT İranda etnik türklərə qarşı ayrı-seçkiliyi pisləyib
BMT Baş Assambleyası dünən qəbul etdiyi yeni qətnamədə İranda insan haqları vəziyyətini kəskin tənqid edib və Azərbaycan türklərini ayrı-seçkiliyə məruz qalan əsas etnik qruplardan biri kimi qeyd edib.
Crossmedia.az xəbər verir ki, sənəddə həmçinin Əhvaz ərəbləri və bəluçlara qarşı siyasi basqılar, mədəni hüquqların məhdudlaşdırılması və regionlarda etirazlar zamanı çoxsaylı ölüm və yaralanma hallarının qeydə alındığı vurğulanır.
Qətnamə İran hakimiyyətindən beynəlxalq müfəttişlərə real və məhdudiyyətsiz çıxış verilməsini tələb edir, həmçinin etnik və dini fəalların həbsi, işgəncələr və ölüm hallarının müstəqil şəkildə araşdırılmasına çağırır.
BMT Baş Assambleyası İranı Azərbaycan türkləri də daxil olmaqla bütün etnik azlıqlara qarşı ayrı-seçkiliyi dayandırmağa və insan hüquqları pozuntularına görə effektiv məsuliyyət mexanizmləri yaratmağa səsləyib.
18:33 21.11.2025
Oxunuş sayı: 1451