Ermənistan Tramp Marşrutu layihəsi üzrə ABŞ-lə danışıqları genişləndirir - Paşinyan
Ermənistan “Vaşinqton Bəyannaməsi”nin nəticələri əsasında “Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə fokuslanıb və onun hüquqi əsasları və tənzimlənməsi ilə bağlı ABŞ-lə aktiv danışıqlar aparır. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdən sonrakı mətbuat konfransında bildirib.
Bu barədə Crossmedia.az xarici mediaya əsasən xəbər verir.
“Bildiyiniz kimi, Vaşinqton Bəyannaməsinin nəticələrinə əsasən əsas və prinsipial məsələlər müəyyənləşdirilib və razılaşdırılıb. Ermənistan və Azərbaycan bir-birinə kommunikasiya xətlərini açır — yəni Azərbaycanın öz daxilindən, Ermənistan ərazisindən keçməklə Azərbaycana, Ermənistanın isə öz daxilindən, Azərbaycan ərazisindən keçməklə Ermənistana, həmçinin ikitərəfli və beynəlxalq əlaqələr üçün əlverişlidir. Vaşinqton Bəyannaməsinə uyğun olaraq bütün bunlar ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı əsasında həyata keçiriləcək”, – Ermənistanın baş naziri Nikol Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, layihənin reallaşdırılması Ermənistan və Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlıq imkanlarını xeyli artıracaq, həmçinin Ermənistanın – şərq istiqamətində, Qazaxıstanın isə – qərb istiqamətində ixrac potensialını genişləndirəcək.
“Və əlbəttə ki, Qazaxıstanın bu layihəyə ən yüksək səviyyədə maraq göstərməsinə çox sevinirik. Layihə, şübhəsiz ki, dəmir yolu kommunikasiyalarından, boru kəmərlərindən, elektrik ötürücü xətlərindən, kabellərdən, həmçinin avtomobil nəqliyyatı üçün infrastrukturdan ibarət olacaq və Ermənistanla Azərbaycan bir-birinə bu infrastrukturu təqdim etməyə hazır olduqlarını nümayiş etdiriblər”, – Paşinyan qeyd edib.
Türkanə Məşədiyeva
18:55 21.11.2025
Oxunuş sayı: 1877