Azərbaycan güləşçisi: İslamiadada qızıl medala ümid edirdim
Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov İslamiadada qızıl medala ümid edib.
Crossmedia.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazananidmançı özü jurnalistlərə açıqlamasında deyib.
74 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan təmsilçimiz yarışa ciddi hazırlaşdığını bildirib:
"Şükürlər olsun ki, medalsız qalmadım. Müəyyən səhvlərim oldu, final görüşümdə ehtiyatlı davranırdım. Əslində İslamiadada qızıl medala ümid edirdim. Əlindən gələni etdim ki, nə yüksək nəticəni qazanım, lakin olmadı. İnanıram ki, qarşıdakı yarışlarda eyni səhvləri buraxmayacam".
Qeyd edək ki, Ağanəzər Novruzov həlledici görüşdə İran idmançısına 0:5 hesabı ilə uduzub.(Report)
19:52 21.11.2025
Oxunuş sayı: 1709