İranda keçmiş nüvə obyektində gizli tikinti aşkarlanıb
Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu İranın keçmiş nüvə proqramı ilə əlaqələndirilən “Taleqan-2” obyektindən yeni peyk görüntüləri yayıb. Kadrlarda ərazidə genişmiqyaslı tikinti işlərinin aparıldığı aydın görünür.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, peyk məlumatlarına görə, əsas binanın daxilində 36 metr uzunluğunda və 12 metr diametrində nəhəng silindrik metal konstruksiya yerləşdirilib. Obyekt dağın yamacında möhkəmləndirilmiş karkasda qurulur və binanın hər iki tərəfində bərk metal tağlar inşa edilib.
“Taleqan-2” əvvəllər “Emad” layihəsi çərçivəsində sürətli rentgen texnologiyası ilə partlayıcı sınaqların aparıldığı məkan kimi tanınır və Taleqan-1 obyektinə yaxın ərazidə yerləşir.
Yeni peyk görüntüləri həmçinin obyektin üstünün torpaq və ağır betonla örtülməyə hazırlandığını, bunun da partlayış və hava hücumlarından qorunma məqsədi daşıdığını göstərir.
18:36 21.11.2025
Oxunuş sayı: 1436