Nəriman Həsənzadənin son durumu açıqlanıb- Özəl
Son günlər Azərbaycan ədəbi mühitində dərin narahatlıq doğuran xəbərlər yayılıb. Xalq şairi, görkəmli ədəbiyyat fədaisi Nəriman Həsənzadənin səhhətində yaranmış problemlər səbəbilə xəstəxanaya yerləşdirilməsi ədəbi ictimaiyyətin və oxucuların diqqət mərkəzinə çevrilib. Yaradıcılığı ilə Azərbaycan poeziyasına dəyərli töhfələr vermiş, milli ədəbiyyatın inkişafında əvəzsiz xidmətlər göstərmiş sənətkarın səhhətindəki vəziyyət hər kəsi narahat edir. Hazırda həkim nəzarətində olan şairin vəziyyəti ilə bağlı məlumatlar diqqətlə izlənilir, onun tezliklə sağalacağına böyük ümid və inam ifadə olunur.
Xalq şairinin hazırki səhhəti ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri (AYB) Xəyal Rza açıqlama verib Crossmedia.az-a açıqlama verib.
O, hazırda şairin vəziyyətinin normal olduğunu və ciddi təhlükənin olmadığını qeyd edib:
"Təbii ki, Xalq şairi Nəriman Həsənzadənin səhhətində yaranmış problem hamımızı narahat edir və bu məsələ ciddi nəzarət altındadır. Allahdan Nəriman müəllimə şəfa diləyirik. Hazırda xalq şairinin vəziyyəti normaldır. Təhlükənin sovuşduğunu qeyd edə bilərik. Ümidvarıq, Nəriman müəllim tezliklə öz sağlamlığına qovuşacaq".
Elmir Heydərli
13:13 21.11.2025
Oxunuş sayı: 1715