“Regionlarda peşəkar teatr dərsləri” layihəsi növbəti dəfə Mingəçevirdə keçiriləcək
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsini davam etdirir.
Crossmedia.az xəbər verir ki, layihə çərçivəsində növbəti ustad dərsləri 24-30 noyabr tarixlərində Mingəçevir Dövlət Dram Teatrında təşkil olunacaq. Dərsləri Əməkdar artist, aktyor Qasım Nağı və MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusif aparacaq.
Qeyd edək ki, ötən ilin oktyabrından həyata keçirilən layihənin məqsədi teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması və təcrübə mübadiləsi aparmaqdır.
12:50 21.11.2025
Oxunuş sayı: 2443