Venesuela prezidenti Maduro: ABŞ dünyanı idarə etmək istəyir, amma öz xalqını belə qorumur
Venesuela prezidenti Nikolas Maduro Birləşmiş Ştatların siyasətinə sərt şəkildə etiraz edərək bildirib ki, ABŞ xalqı yeni bir Əfqanıstan, Vyetnam, Liviya və ya Cənubi Amerikada “yeni Qəzza” istəmir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Maduro vurğulayıb ki, ABŞ hökuməti xristian Venesuela xalqını bombalamaq və işğal etmək niyyətindədir. “Bu nədir? Bu fikrə haradan gəldiniz”? – deyə o bildirib.
Venesuela lideri qeyd edib ki, Vaşinqton dünyanı idarə etməyə çalışır, lakin ölkə daxilində milyonlarla insanın mənzil, qida, təhsil və digər sosial problemlərlə mübarizəsini görməzlikdən gəlir. “Onlar başqalarını silahla ‘xilas etmək’ istəyirlər, amma əvvəlcə özlərini xilas etməlidirlər,” – deyə Maduro əlavə edib.
Onun sözlərinə görə, Venesuela öz daxili işlərini özü müəyyən edir və heç kimin ölkənin işlərinə qarışmasına imkan verməyəcək. “Biz heç kimin işinə qarışmırıq, bizə də qarışmasınlar", – deyə o bildirib.
Maduro həmçinin bəzi qüvvələrin Venesuelanı “iblislərə təslim etmək” istədiyini, bu təsirin isə ultrasağ sionist fraksiyadan gəldiyini iddia edib.
23:15 16.11.2025
Oxunuş sayı: 1800